Dünya

Qazaxstan prezidenti bu açıqlaması ilə hər kəsi şoka saldı

Metbuat.az
"Azad bazar iqtisadiyyatı deyilən bir şey yoxdur".

Milli.Az xəbər verir ki, bu barədə Qazaxstan prezidenti

Nursultan Nazarbayev

gənclərin "Millətin lideri ilə yeni qələbələrə" adlı forumunda çıxışı zamanı deyib.



"Müasir bazar iqtisadiyyatı idealdan çox uzaqdır. Bu, bütün qlobal fəlakətlərin dərmanı da deyil. İlk növbədə, onun ilk dəfə peyda olduğu ölkələrin maraqlarına xidmət edir. Real azad bazar iqtisadiyyatı isə ümumiyyətlə, mövcud deyil. Lakin hər ölkənin öz marağına uyğun tətbiq etdiyi bazar requlyatorları var. Bütün inkişaf etmiş ölkələr sənayeni, kənd təsərrüfatı və biznesi birbaşa dotasiyalar ilə dəstəkləyirlər. Bu da xaricdə istehsal olunmuş malların qarşısını alır", - o əlavə edib.



Milli.Az