Dünya

​Qazaxıstanda keçiriləcək prezident seçkisini izləyəcək müşahidəçilərin sayı açıqlanıb

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/ Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün 713 beynəlxalq müşahidəçi və xarici KİV-in 134 təmsilçisi akkreditasiya olunub.


"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan

Mərkəzi Seçki Komissiyası

bildirib.


Seçki aprelin 26-da keçiriləcək. Dövlət başçısı postu uğrunda fəaliyyətdə olan prezident Nursultan Nazarbayev, Xalq Kommunist Partiyasının namizədi Tutqun Sızdıkov və müstəqil namizəd Əbülqazi Kusainov mübarizə aparır.