Ölkə

Qaxda yuxarı sinif şagirdləri üçün marketinq və reklam xidmətləri ilə bağlı təlim keçirilib

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Marketoloq – Reklamçılar” İctimai Birliyinin “İnkişaf etmiş ölkələrin iqtisadi təcrübələrindən istifadə edərək bazar iqtisadiyyatı şəraitində Şəki-Zaqatala regionu üzrə gənc sahibkar və fermerlərin fəaliyyətinin inkişafında marketinq və reklam xidmətlərinin əhəmiyyətli rolu” adlı layihəsi çərçivəsində növbəti tədbir Qax rayonunda təşkil olunub.


İctimai Birlikdən

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə məktəb müəllimləri və 30-dan çox yuxarı sinif şagirdi iştirak edib.


Tədbiri Qax Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəzirməhəmməd Nəsirov açaraq təlimin mahiyyəti barədə şagirdlərə geniş məlumat verib.


Layihənin rəhbəri Hafiz Əzəmmədov və təlimçi Səbuhi Aslanov isə şagirdlərə sahibkarlığın mahiyyəti, məqsədi və vəzifələrindən, sahibkarlıq fəaliyyətindən, onun inkişafında marketinq və reklam xidmətlərinin rolundan, reklam və marketinqin növlərindən bəhs ediblər.


Sonda iştirakçılara layihə çərçivəsində nəşr edilmiş kitablar paylanılıb.