Ölkə

“Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

 


Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Qarabağ tədqiqatları” mövzusunda konfrans keçirilib.


AZƏRTAC

xəbər verir ki, Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda bu ali məktəbin rektoru, akademik Urxan Ələkbərov mövzu ilə bağlı fikirlərini bildirib.


Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilmiş soyqırımları, erməni diasporunun məkrli fəaliyyəti barədə, həmçinin Elmin İnkişafı Fondunun 2012-ci il mayın 8-də təsis etdiyi və həmin vaxtdan etibarən keçirdiyi “Şuşa qrantı” müsabiqəsi çərçivəsində yerinə yetirilmiş uğurlu elmi-tədqiqat layihələri üzrə əldə olunan nəticələrə dair elmi məruzələr dinlənilib.


Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazisinin bir hissəsinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini və s. məsələləri əhatə edib.