Digər

“Qara qızıl”ın qiyməti düşdü

Metbuat.az

Neftin dünya bazarlarında qiyməti qismən düşüb.



ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.



Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.15 dollar (0.27%) azalaraq 56.23 dollar təşkil edib.



ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.21 dollar (0.33%) ucuzlaşaraq 63.24 dollar olub.



Qeyd edək ki, "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov ABŞ-da baş tutan “IHS Ceraweek 2015” konfransında çıxışı zamanı neftin qiymətindəki ucuzlaşmanın uzun müddət davam etməyəcəyini bildirib.

Mənbə
ANS PRESS