Şou

Qalmaqalla ayrıldılar, efirdə qucaqlaşdılar - VİDEO - FOTO

Metbuat.az
Xalq artisti Səməd Səmədov küsülü olduğu keçmiş duet ortağı Sevda Əliqızı ilə barışıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, “5/5” verilişinə dəvət olunan S.Əliqızına aparıcı Zaur Kamal sürpriz edib. O, S.Səmədovu studiyaya çağıraraq, onları barışdırıb.
 
Sevda Əliqızı: “Biz mədəni insanlarıq, ona görə barışdıq. O sözləri Səmədin özündən yox, başqalarından eşitdim. Ona görə də əsəbləşdim. Özünə hörmət edən xanım elə sözlərdən sonra o adamla oxumaz”, - deyə bildirib.

S.Səmədov duet ortağı ilə aralarında baş verən qalmaqalla bağlı bunları deyib:

"Düzünü deyəcəm: Sevdaya bildirdim ki, indi yaşlanmışıq, yeni kadr, cavan səs istəyirəm. Prodüserim ona başqa söz çatdırıb. Sevdaya haqq qazandırıram. Mənə də qocalmısan desələr, dava salardım".

Milli.Az





Videonu izləmək üçün şəklə klikləyin.