Qadınların həbsxana görüntüləri - FOTO
Əfqanıstanda "Badam bağı" adlı qadın həbsxanasında cəza çəkən qadınlar
Milli.Az-ın
anspress-ə istinadən məlumatına görə, Polşa əsilli kanadalı fotoqraf
Gabriela Maj4 il ərzində Əfqanıstanı başdan-başa gəzərək qadın həbsxanalarına baş çəkib, orada çəkilişlər aparıb.
1. Maj ilk dəfə Əfqanıstana 2010-cu ildə gələrək "Badam bağı" adlanan həbsxanaya baş çəkmişdi. Həmin həbsxana şəhər ətrafında yerləşir. Bu həbsxanada narkotik dəllarları, qatillər və "mənəviyyatsız cinayətlərə" görə ittiham edilən qadınlar saxlanılır.
Qabriela Maj 4 il ərzində Əfqanıstanı başdan-ayağa gəzərək ölkənin qadın həbsxanalarını gəzib və şəkillərini çəkib. Məhbus qadınların fotoları və şəxsi əhvalatları toplu halında "Badam bağı" adlı ilk monaqrafiyasında işıq üzü görüb.
2. Fotolar qadınların danışdığı əhvalatlarla müşayiət olunur. Onlar hansı şəraitdə, niyə məhbəsə düşdüklərindən danışırlar. Qadınların adı dəyişdirilərək fotoları ayrı, əhvalatları ayrı dərc olunub. Bu, onların müəllif hüquqlarının qorunması məqsədilə edilib.
3. Kitabda hər bir qadına qarşı irəli sürülən ittiham barədə, yaşı və cəza müddəti barədə məlumat verilir. Qadının fotosunu əhvalatından ayırmaq yolu ilə ittihamına görə həmin şəxsi müəyyən etməyin qarşısı alınır.
4. Məhbus qadınlar arasında uşaqlılar da az deyil. Bir çox hallarda uşaqlar da anaları ilə həbsxanada qalırlar.
5. Bir çox qadınlar evlərindən qaçdıqları üçün həbs ediliblər. Məcburi evlilikdən və məişət zorakılığından qaçmaq Əfqanıstanda çox rast gəlinən haldır.
6. "Badam bağı" məhbəsində rastlaşdığım qadınların çoxunun, sanki, azadlıq, sərbəstlik və müstəqillik hissindən xəbərsiz idilər" - deyə Maj öz kitabında qeyd edir.
7. Layihə üzərində işi davam etdirərkən, kimin müqəssir, kimin haqlı olması məni maraqlandırmırdı. Məni onların şəxsi əhvalatları maraqlandırırdı və məqsədim bu əhvalatları toplamaq idi.
8. May yazır: "Onların xarici görünüşü və fərdi əhvalatları, onların yaşadıqları çətinliklərdən bəhs etməklə yanaşı, baxışlarında mövcud rejimə meydan oxuduqları da hiss olunurdu".
9. "Badam bağı" Əfqanıstanda qadın həbsxanalarından portretlər kitabı Daylight Books nəşriyyatında işıq üzü görüb. Qabriela Majın əsərlərilə gabrielamaj.com saytında daha ətraflı tanış olmaq mümkündür.
Milli.Az