Dünya

Qadınları zorlayan seksual manyak yaxalandı - FOTO

Metbuat.az
Cinayətkar yalnız bir ölkədə 10 qadını zorlayaraq öldürüb

Kiyevdə təhlükəsizlik qüvvələri Rusiya, Özbəkistan və Ukraynada bir sıra qətllər törədən, qızları, qadınları zorlayan və soyğunçuluqla məşğul olan 41 yaşlı Özbəkistandan gələn miqrantı tutub.



Milli.Az

anspress

-ə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, cinayətkar 10 qadını zorlayaraq öldürüb. Bunlardan beşi Rusiyanın ərazisində öldürülüb.



Manyak üç qadını Özbəkistanda öldürdüyünü, daha iki nəfəri isə Ukrayna ərazisində qətlə yetirdiyini etiraf edib.



Kiyevdə çiçək köşkünün qadın satıcısının sayəsində manyakı tanımaq mümkün olub. Qadın hücum nəticəsində sağ qaldığından onu tanıya bilib.



Polis dəqiqləşdirib ki, manyak silahlı hücumlar və oğurluq üstündə dörd dəfə mühakimə olunub. Son dəfə o 2014-cü ilin noyabrında azad olunub. Hazırda faktla bağlı araşdırma aparılır.



Milli.Az