Ölkə
ANS PRESS
Qadını küçədə vurub öldürdülər
Bakının Nərimanov rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
Nərimanov rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Axşam saatlarında Daxili İşlər Nazirliyinin hospitalına yaxın yolda qadın meyiti tapılıb. Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat verilib.
Hadisə yeri və meyit müayinə olunub. Məlum olub ki, orta yaşlı qadın naməlum avtomobil tərəfindnə vurulma nəticəsində ölüb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
MənbəANS PRESS