Ölkə

Qadın özünü dənizə atdı, kişi isə Kürə… – AZƏRBAYCANDA

Metbuat.az

Aprelin 16-da Sumqayıt şəhəri 6-cı mikrorayonun ərazisində şəhər sakini Tünzalə Xudiyeva intihar məqsədi ilə özünü dənizə atıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, o, polis əməkdaşları tərəfindən xilas edilib.

Oxşar hadisə Sabirabad rayonunda da baş verib. Aprelin 16-da rayon sakini İnşallah Əlili Şirvan şəhərinin ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Cəhdin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Araşdırma aparılır.