Digər

Qadın ərini zəncirlədi

Metbuat.az

Peruda qadın ərini zəncirləyib. Məsələ ondadır ki, qadın ərinin onu atacağından qorxduğu üçün bu addımı atıb.



ANS PRESS-in "Metro"ya istinadla verdiyi məlumata görə, 86 yaşlı Xuauyan sakini olan kişi iki il evindən çölə çıxmayıb. Buna səbəb isə həyat yoldaşının onu qandallaması olub.


Polis tərəfindən xilas edilən Pablo Tamariz Korakillo adlı kişi deyib ki, həyat yoldaşı onun qaçacağından qorxub.



Təqaüdçünün yoxa çıxması ilk olaraq qonşuların diqqətini cəlb edib. Polisə də məhz onlar müraciət ediblər. Xilas edilən zaman kişi çox zəifləmiş və arıqlamış formada olub.


Qadın isə bunu ərinin yaxşılığı üçün etdiyini iddia edib.



Xilas edilən kişi artıq onu dustaq edən həyat yoldaşı ilə yaşamaq niyyətində deyil. Hələlik qadının hansı cəza alacağı da bilinmir.




Mənbə
ANS PRESS