Qaçqın statusu alan miqrantlar könüllü əsasda DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinə yerləşdiriləcək
[ 21 Aprel 2015 10:58 ]
Bakı. Ramiz Mikayıloğlu-APA. Dövlət Miqrasiya Xidməti (DMX) “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edib.
APA-nın məlumatına görə, dəyişiklik qaçqın statusu alan şəxslərlə bağlıdır. İndiyə qədər DMX-in Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxsləri qanunvericilikdə müəyyən olunmuş müddətə Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini təşkil edib. Dəyişikliyə əsasən, bundan sonra Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən (onunla birlikdə gələn ailə üzvlərini) və qaçqın statusu alan şəxslərin Miqrasiya Məcəlləsində müəyyən olunmuş müddətə Xidmətin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinə könüllü yerləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsini təşkil etməlidir.