Dünya

Putinin Türkiyə - Vatikan şərhi

Metbuat.az

Ötən gün tele kanallardan birinin canlı efirində suallara cavab verən Rusiya prezidenti Vladimir Putin Roma papasının 1915-ci il hadisələri barədə şərhinə də münasibət bildirib. ANS PRESS-in məlumatına görə, bu mübahisəyə qarışmaq istəmədiyini deyən Putin ruhani liderin nə danışdığını bilən ağıllı adam olduğunu deyib:



“Papa Fransisk ilə Türkiyə arasında olan polemikaya qarışmaq istəmirəm. Papa Fransisk dünyada elə nüfuzlu bir insandır ki, dini meyllərinə baxmayaraq bütün insanlara özünü ifadə etməyin yolunu tapır. O səmimi və nə danışdığını bilən bir insandır. Mən mövzunun nə olduğunu bilmirəm və son çıxışı dinləməmişəm. Türkiyədəki insanların isə baş verəcək problemləri həll edəcək qədər ağıllı olduqlarına inanıram”.


Mənbə
ANS PRESS