Ölkə

Putinin qorxulu silahının sirri (VİDEO, FOTO)

Metbuat.az

Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq "Armat" T-14 yeni tankının şəkilini dərc edib.



ANS PRESS-in məlumatına görə, 2009-cu ildən "Uralvaqonzavod" tankın hazırlanmasına başlayıb. 2013-cü ildə yeni texnikanın bağlı nümayişi olub.



Tankın birinci fotoları 2015-ci ilin martında yayılıb. Ancaq bu fotolar Müdafiə Nazirliyi tərəfindən yayılmayıb. T-14-ün sınaqları 2016-cı ildə başa çatacaq. Bundan sonra yeni tank Ordunun ixtiyarına veriləcək.



"Armat" yeni nəsil ağır tırtıllı texnikadır. "Armat" T-14-ü tankı 125 millimetr lüləli topu ilə və 32 mərmili döyüş sursatı ilə təchiz edilib. Rusiya mənbələrinin məlumatına görə, topdan buraxılmış mərminin sürəti ən yaxşı tank topu sayılan Leopard-2 alman tankından yuxarı hesab edilir.









Mənbə
ANS PRESS