Dünya

Putinə qeyri-adi mesaj (VİDEO, FOTO)

Metbuat.az

Kosmodrom işçiləri Rusiya prezidenti Vladimir Putinə qeyri-adi mesaj göndərib.



ANS PRESS-in məlumatına görə, bu haqda "Amur-info" xəbər yayıb.



Dörd aydır ki, maaşlarını ala bilməyən kosmodromun inşaatçıları tikilinin damında diqqəti maaş məsələsinə yönəltmək məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciətlə yazı yazıblar.



Müraciəti Sakit okean körpü-tikinti şirkətinin əməkdaşları ediblər. İşçilər ağ rənglə böyük hərflərlə kosmodromun bazasının damında "işləmək İstəyirik" və "maaşsız 4 ay" yazıblar.



"Biz prezidentin diqqətini kosmodroma cəlb etmək istəyirik ki, burada nə baş ver deyini bilsin", - deyə "Sakit okean körpü-tikinti şirkəti" Qapalı Səhmdar Cəmiyyətinin istehsal sahəsinin müdiri Anton Tyurişev bildirib.



Daha əvvəl Şərqi kosmodromun inşaatçıları maaşlarını almadıqlarına görə aclıq aksiyasına başlamışdılar.







Mənbə
ANS PRESS