Dünya

Putindən sərt qərar

Metbuat.az

Rusiya prezidenti Vladimir Putin Fövqəlada Hallar Nazirliyinin (FHN) 22 yüksək çinli məmurunu işdən çıxarıb.



ANS PRESS-in məlumatına görə, işdən çıxarılanların rütbəsi polkovnikdən general-polkovnikə qədər dəyişir.



Onların sırasında Rusiya FHN Moskva baş idarəsinin rəisi Aleksandr Yeliseyev və onun müavini Aleksandr Qavrilov da var.



Bundan başqa, FHN-nin Uzaq Şərq, Şimali Qafqaz, Sibir, Şimali Qərb, Volqoboyu, Ural və Mərkəz regional mərkəzlərinin rəhbərləri də işdən çıxarılıb.



İşdən çıxarılanlar arasında FHN-ni baş hərbi eksperti Eduard Çicikov da var.


Mənbə
ANS PRESS