Dünya
Putin: Vatikan və Türkiyə “erməni soyqırımı” ilə bağlı yaran gərginliyi aradan qaldıracaqlar
[ 17 Aprel 2015 00:41 ]
Bakı-APA. Türkiyə və Vatikan Roma Papasının “erməni soyqırımı” ilə bağlı bəyanatından sonra yaranmış gərginliyi aradan qaldıra biləcəklər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “birbaşa xətt”dən sonra jurnalistlərin suallarına cavabında bildirib.
“Mən Papanın Türkiyə ilə polemikasına müdaxilə etmək istəmirəm. Papalar çox nüfuzludurlar. Mən Papanı böyük nüfuza malik olan bir insan sayıram. Düşünürəm ki, o, anlaşmaq üçün planetdə dini etiqadından asılı olmayaraq bütün insanlarla dil tapa bilər”, deyə Putin qeyd edib.
Putin türkiyəli siyasətçilərin də təmkinli olmasına ümid etdiyini bildirib: “Problemlər yarandıqda, onların yoluna qoyulması, aradan qaldırılması üçün onlar çox zəkalı və kifayət qədər çevik insanlardır”, deyə Putin bildirib.