Dünya

Putin: "Rusiya bundan sonra da öz təhlükəsizliyini möhkəməndirəcək"

Metbuat.az

“Rusiya bundan sonra da öz təhlükəsizliyini möhkəməndirəcək. Bu, hərbi təşkilatlanma, habelə sabitlik və inkişafa meyl edən dövlətlərlə tərəfdaşlıq hesabına baş verəcək”.



APA

-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti

Vladimir Putin

Kremldə zabitlərin təltif edilməsi mərasimində deyib.



“Bu gün biz görürük ki, bəzi ölkələr daha çox öz siyasətini qeyri-məhdud hücum xarakterli addımlara transformasiya edirlər. Nəticədə Rusiya üçün strateji önəm daşıyan bölgələrdə münaqişəli potensial artır və təhlükələr meydana gəlir. Onları nəzərə almamaq mümkün deyil”, - deyə o vurğulayıb.



Milli.Az