Dünya

Putin: “Rusiya bundan sonra da öz təhlükəsizliyini möhkəməndirəcək”

Metbuat.az

[ 09 Aprel 2015 16:42 ]


Bakı – APA. “Rusiya bundan sonra da öz təhlükəsizliyini möhkəməndirəcək. Bu, hərbi təşkilatlanma, habelə sabitlik və inkişafa meyl edən dövlətlərlə tərəfdaşlıq hesabına baş verəcək”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə zabitlərin təltif edilməsi mərasimində deyib.

“Bu gün biz görürük ki, bəzi ölkələr daha çox öz siyasətini qeyri-məhdud hücum xarakterli addımlara transformasiya edirlər. Nəticədə Rusiya üçün strateji önəm daşıyan bölgələrdə münaqişəli potensial artmaqdadır. Nəticədə təhlükələr meydana gəlir. Onları nəzərə almamaq mümkün deyil”, - deyə o vurğulayıb.