Dünya

Putin qara siyahıya düşə bilər

Metbuat.az

Milli.Az

azadliq.org

-a istinadən xəbər verir ki, Ukraynanın Ali Radası Milli Təhlükəsizlik və Müdafiə Şurasına Rusiyada həbsdə olan keçmiş pilot Nadia Savçenkonun məsələsi ilə bağlılığı olan Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi məsləhət görüb.



Siyahıya prezident Vladimir Putin, Federal Təhlükəsialik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastirkin də daxil olmaqla 35 nəfərin adları salınıb.



Ukrayna deputatları Rusiya prezidenti Vladimir Putini Savçenkonu azadlığa buraxmağa çağıran qətnamə qəbul ediblər.



Savçenko ötən ilin iyulunda Ukraynanın şərqində 2 Rusiya jurnalistinin ölümündə ittiham olunur.



Rusiyanın iddiasına görə jurnalistlərin yerini hərbçilərə o deyib.



Ukraynanın şərqindəki rusiyapərəst separatçılar onu oğurlayaraq Moskvaya veriblər.



Milli.Az