Dünya
Trend
Milli.Az
Putin: "Nemtsovun qətli biabırçılıqdır"
Rusiya prezidenti
Vladimir Putinfevralın 28-də qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovla dost münasibəti olduğunu bildirib.
Trend
-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin B.Nemtsovun qətlini faciə və rəzalət adlandırıb:
"Bizim onunla dostyana, yaxşı münasibətlərimiz var idi. Aramız yaxşı olsa da, hələ o vaxt mənə və hakimiyyətə qarşı müxalif əhval-ruhiyyədə idi. Mən artıq bu barədə fikrimi demişəm. Bu hadisə faciə və biabırçılıqdır".
Milli.Az