Dünya

Putin: İŞİD-ə qarşı tam hazırıq

Metbuat.az

Rusiya prezidenti Vladimir Putin keçirilən ənənəvi canlı yayımda İŞİD terrorçu qruplaşması barədə də danışıb.



ANS PRESS-in məlumatına görə, Putin bildirib ki, İŞİD Rusiya üçün birbaşa heç bir təhlükə törətmir.



"Ancaq bizi bir məsələ narahat edir. İŞİD-in tərkibinə Rusiya vətəndaşları da qatılıb. Bu terrorçulara qoşulan vətəndaşlarımız təlimlər keçdikdən sonra Rusiyaya qayıda bilər", - deyə Rusiya prezidenti bildirib.



Lakin Putin bildirib ki, Rusiya təhlükəsizlik qüvvələri belə vəziyyətlərə də hazırdır.



"Bütün təhlükəsizlik qüvvələrimiz fəal şəkildə çalışır. İŞİD-ə qoşunlan vətəndaşlarımızın hamısının adını deyə bilmərəm. Amma onların neçə nəfər olduqlarını, harada döyüşdüklərini, təlim aldıqlarını yaxşı bilirik", - deyə Putin bildirib.

Mənbə
ANS PRESS