Dünya
ANS PRESS
Putin İrəvana gedir
Rusiya prezidenti Vladimir Putin Ermənistana səfər edəcək. ANS PRESS-in məlumatına görə, səfər erməni dövlət başçısı Serj Sarkisyanın dəvəti ilə həyata keçiriləcək.
Sarkisyan rusiyalı həmkarını qondarma erməni soyqırımı ilə bağlı tədbirdə iştiraka dəvət edib.
Putinin İrəvan səfəri aprelin 24-də olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Səfər çərcivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü də nəzərdə tutulub. Onların qarşılıqlı münasibətlər, eləcə də regional məsələlərə toxunacağı gözlənilir.
Qeyd edək ki, erməni mətbuatı qondarma soyqırım günündə Fransa prezidenti Fransua Ollandın da İrəvana gələcəyi deyilir.
MənbəANS PRESS