Dünya

Putin Ərdoğanla Ermənistan səfərindən danışdı

Metbuat.az

Rusiya prezidenti

Vladimir Putin

türkiyəli həmkarı

Rəcəb Tayyib Ərdoğan

la “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar İrəvana planlaşdırılan səfərini müzakirə edib.



APA

-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin köməkçisi

Yuri Uşakov

deyib.



“Məsələ ilə bağlı iki ölkə liderləri arasında söhbət olub. Ərdoğan Putinin Ermənistana səfər planlarından xəbərdardır”, - deyə o vurğulayıb.



Uşakov onu da əlavə edib ki, Türkiyə prezidenti Rusiyanın Çanaqqala tədbirlərində kifayət qədər yüksək səviyyədə təmsil olunacağından məlumatlıdır. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Dövlət Dumasının sədri Sergey Narışkin rəhbərlik edəcək.



Milli.Az