Dünya
ANS PRESS
Putin Britaniyanı heyran qoydu
Rusiya prezidenti Vladimir Putinin siyasəti britaniyalı deputatı heyran qoyub. ANS PRESS-in məlumatına görə, bunu Böyük Britaniyanaın müstəqillik partiyasının liderlərindən biri Dayan Ceyms deyib. O, Rusiya liderinin siyasi dəsti-xəttinə heyran olduğunu bildirib və onu "öv tənəni uğrunda vuruşan əsl döyüşcü" adlandırıb.
Politoloq öz fikirlərini LBC radiostasiyasının efirində yüksək ranqlı başqa britaniyalı qadın siyasətçilərlə debatı zamanı səsləndirib.
"Onun öz ölkəsini necə qoruması məni heyran edir. O əsl döyüşçüdür. O, çox güclü liderdir və Rusiyanı her şeydən üstün qoyur. Putin rusiyalıları təhlükə qarşısında qaldığını anlayanda Avropa Birliyinin Ukraynada hakimiyyət dəyişkliyi ilə bağlı problemini həll etməli oldu".
MənbəANS PRESS