Putin: Biz borclu deyilik
"Rusiya Ukrayna ilə münasibətlərin bərpasına çalışacaq. Bu Moskvanın maraqlarına uyğundur". ANS PRESS-in məlumatına görə, bunu bu gün canlı yayımda suallara cavab verən Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiyanın dövlət başçısı bildirib ki, ölkəsi Kiyevə qazın qiyməti ilə bağlı güzəştə getməyə borclu deyil. Ancaq biz Ukrayna iqtisadiyyatındakı çətinliyi anlayaraq kömək edirik.
"Siyasi vəziyyət dəyişir. Kömək etdiyimiz Ukrayna xalqı isə bizə çox yaxındır. Kiyev hərbi əməliyyatlarla Dombasda vəziyyəti dalana dirəyir".
Putinin sözlərinə görə, Kiyev təzyiqlərə davam edir, Minsk razılaşmasının reallaşmasına çalışmır. O, bir daha bəyan edib ki, Ukraynada rusiya hərbçiləri yoxdur.
"Rusiya Ukrayna iqtisadiyyatının böhrandan çıxmasında maraqlıdır. Biz insanlara, hər şeydən öncə Ukrayna xalqına kömək edirik. Çünki o bizim qonşumuz, tərəfdarıdır. Biz sərhədlərimizdə sabitliyin olmasında maraqlıyıq".
Mənbə
ANS PRESS