Dünya

Prezidentliyə namizədliyini açıqladı, atasının qəbri dağıdıldı

Metbuat.az

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun atası Hyu Rodhemin qəbri üzərindəki baş daşı dağıdılıb.



ANS PRESS-in məlumatına görə, ABŞ-ın Pensilvaniya ştatında, Skranton şəhərindəki qəbiristanlıqda Rodhemin baş daşı sökülərək bir kənara atılmış şəkildə tapılıb.



Yerli polis rəisi Karl Qrantsianonun sözlərinə görə, baş verən hadisə haqqında məlumat aprelin 14-də səhər verilib.



Qeyd edək ki, hadisədən cəmi bir gün əvvəl Hillari Klinton 2016-cı il ABŞ prezidenti postuna namizədliyini irəli sürdüyünü bəyan etmişdi.



Polis hazırda hadisə ilə bağlı araşdırma aparır.

Mənbə
ANS PRESS