Ölkə

Prezident sərəncam verdi

Metbuat.az

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.



Dövlət başçısı 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 882 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:



Komissiyanın həmsədri



Fazil Məmmədov - Azərbaycan Respublikasının vergilər naziri.



Komissiyanın üzvləri:



İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini


Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Sahil Babayev - Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini


Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini


Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini


Ehtiram Rəhimov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini


Kamil Xasiyev - Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri



Xarici İşlər Nazirliyinə bu sərəncamla təsdiq edilən Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Xorvatiya Respublikası tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

Mənbə
ANS PRESS