Digər

Prezident İlham Əliyev paytaxt Ər-Riyaddan Ciddə şəhərinə gəlib

Metbuat.az

Ciddə, 6 aprel,

AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər.


Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılandılar.