Digər

Prezident İlham Əliyev BƏƏ-nin baş nazirini qəbul edib

Metbuat.az

Milli.Az

AzərTAc

-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx

Məhəmməd bin-Rəşid Əl-Maktum

un aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.



Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Fəxri qarovul dəstəsinin rəisi Prezident

İlham Əliyev

ə raport verdi.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşıladı.



Fəxri qarovul dəstəsinin rəisi Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma raport verdi.



Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.



Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.



Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qarşısından keçdi.



Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdirdilər.



X X X



Milli.Az

AzərTAc

-a istinadən xəbər verir ki, aprelin 2-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

in və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət

Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum

un geniş tərkibdə görüşü olub.



Milli.Az