Ölkə

​Prezident İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Metbuat.az

Bakı. 20 aprel. REPORT.AZ/ Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

və xanımı, “

Bakı 2015

” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva

Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. “Report”un xəbərinə görə, gənclər və idman naziri

Azad Rəhimov

görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirilib ki, təmir zamanı binanın damı, və fasadı, işıqlandırma sistemi yenilənib, ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.