Ölkə
Prezident İlham Əliyev Astara rayonunda səfərdədir
Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevaprelin 11-də Astara rayonuna səfərə gəlib.
"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri
Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verib.