Dünya

Prezident ABŞ-a qarşı çıxdı

Metbuat.az

Çexiya prezidenti Millos Zeman, ABŞ-ın ölkəsindəki səfirinə Çexiya dövlət başçısının iqamətgahı olan Praqa qəsrinə ayaq basmağı qadağan edib.



ANS PRESS-in məlumatına görə, ABŞ-ın Praqdakı səfiri Endryu Şapironun Zemanın 9 may qələbə gününü qeyd etmək üçün Moskvaya getmək qərarını şərh etməsi prezidenti hiddətləndirib.



Moskvanın Qızıl meydanında Vladimir Putin tərəfindən keçiriləcək 9 may nümayiş və paradında iştirakı Rusiyanın Ukrayna qarşı təcavüzünə cavab olaraq bir çox Avropa liderləri boykot edirlər.



Prezidentin bu boykota qoşulmaması barədə səfirin şərhindən sonra, Zeman Amerika səfirini “cızığını keçməkdə” ittiham edib.



“Buna görə də mənim iqamətgahımın qapısı cənab Şapiro üçün bağlıdır. Mən düşünmürəm ki, Vaşiqntondakı Çexiya səfiri ABŞ prezidentinə hara səfər etməsi barədə məsləhət verə bilərdi. Mən heç bir xarici səfirin mənim səfər planlarıma qarışmasına yol verə bilmərəm”.



Bu sərt bəyanatın dərhal ardınca, prezidentin sözçüsü Jiri Ovcacek izah edib ki, cənab Şapiro, əlbəttə, Praqa qəsrində keçirilən ictimai tədbirlərə qatıla bilər.



ABŞ səfiri prezidentin bəyanatını şərh etməyi lazım bilmədiyini söyləyib.



Prezidentlik institutu əsasən mərasim xarakteri daşıyan Çexiyada Zeman əvvəllər də sərt, lakin emosional bəyanatlar verib.

Mənbə
ANS PRESS