Dünya

Poroşenko: “Sülməramlılar ATƏT-ə alternativ deyil”

Metbuat.az

[ 22 Aprel 2015 21:52 ]



Bakı-APA. Sülməramlı qüvvələr ATƏT-ə alternativ deyil, onların vəzifəsi sülh razılaşmalarının pozulmasının qarşısını almaqdır.

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti özünün “Twitter” hesabında yazıb.


Poroşenko mayın 9-dan sonra Donbasda müxtəlif ssenarilərin baş verməsi mümkünlünü qeyd edib.  Onun qənaətinə görə, Ukraynaya sülhməramlı qüvvələrin sülh və sabitlik naminə yeridilməsi zəruridir.