Ölkə

Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının üzvləri Azərbaycana səfər edib - FOTO

Metbuat.az

[ 02 Aprel 2015 08:54 ]



Bakı-APA. 16-21 mart tarixlərində Polşa-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının və Varşava Universitetinin elmi dərnəyinin üzvlərinin Bakıya səfəri olub. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində polşalı tələbələr və Varşava Universitetinin professoru Yaroslav Tutlokovski ADA Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində görüşlər keçiriblər.

Görüşlər zamanı tələbələr Universitetin maddi-texniki bazası, kitabxanası, tələbə və müəllim heyəti ilə tanış olublar.  

Uğurlu keçən səfərin nəticəsi olaraq Azərbaycan-Polşa Universitetləri arasında yeni elmi əlaqələrin əsası qoyulub, Polşa və Azərbaycan Universitetlərində Assosiasiyanın qərargahının açılması və yay məktəbləri çərçivəsində tələbə mübadiləsinə başlamaq təklifləri irəli sürülüb.