Dünya

Polşa ABŞ-dan 5 mlrd dollarlıq “Patriot” alacaq

Metbuat.az

Polşa hökuməti Müdafiə Nazirliyinin ABŞ istehsalı olan “Patriot” zenit raket komplekslərinin alınması ilə bağlı sifarişi dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ölkə prezidenti Bronislav Komorovski həmçinin qeyd edib ki, Polşa 5 mlrd dollar dəyəri olan sazişin əldə olunması üçün ABŞ ilə birbaşa danışıqlar aparacaq.