Dünya

PKK yaraqlıları Türkiyədə dörd əsgəri yaralayıb

Metbuat.az

İstanbul, 11 aprel,

AZƏRTAC

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları aprelin 11-də Türkiyənin Ağrı vilayətində əsgərlərə hücum edib.


Yerli mətbuatın məlumatına görə, vilayətin Diyadin rayonu ərazisində baş vermiş silahlı basqında dörd əsgər yaralanıb.


Hücumla bağlı Türkiyə Silahlı Qüvvələrinin bölgədə başladığı genişmiqyaslı kəşfiyyat əməliyyatlarına vertolyotların da cəlb olunduğu bildirilir.



Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul