Dünya
Pişik balası Misirdən Böyük Britaniyaya 17 gün ərzində ac-susuz vəziyyətdə çatıb
Bakı, 3 aprel,
AZƏRTACPişik balası ac-susuz Misirdən Böyük Britaniyaya 17 günə çatıb. Sindbad ləqəbli pişiyi nəqliyyat şirkətinin əməkdaşları tapıblar. “The Daily Mail” yazır ki, əməkdaşlar konteynerdən pişiyin miyovlamasını eşidiblər.
Ac halda uzun sürən səyahətin sübutu sənədlər olub. Sənədlərdə göstərilib ki, yola salınma zamanı yükə möhür vurulub və həmin möhür gömrükxanada açılmayıb. Hazırda pişik balası qiyməti 2 min avro olan karantindədir. Könüllülər baytarların xidmətlərini ödəmək üçün vəsait toplayırlar.