Dünya

Peskov: Gündə yüzlərlə hücum olur

Metbuat.az

"Kreml gün ərzində bir necə yüz dəfə kiberhücuma məruz qalır. Rusiya prezidentinin canlı yayımı zamanı da kompüter sisteminin dağıdılması cəhdləri də tez-tez olur".



ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasısnda Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.



"Müntəzəm olaraq Rusiya prezidentinin canlı yayımına da müdaxilələr olunur. Onlar adətən ölkə xaricindən olur". O, bütün bu hücumların prezidentin fəaliyyətinə maraqdan irəli gəldiyinə ümid etdiyini də deyib.



Onun sözlərinə görə, Kremlə edilən kiberhücumların sayı bəzən minlərlə olur. Bu cəhdlər təsbit edilir.



"Bizdə təbii ki, müdafiə sistemi var. Bizim bu sahədə mütəxəssislərimiz müdafiəni kifayət qədər effeektiv edirlər".



Mənbə
ANS PRESS