Dünya

Peruda Ubinas vulkanı yenidən oyanıb

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Peruda Ubinas vulkanı yenidən püskürüb. Onun kraterindən çıxan tullantılar iki kilometrə qədər yüksəkliyə qalxıb.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, püskürmənin ardından yaranan seysmik aktivlik sürüşmələrə səbəb olub. Nəticədə regionda yerləşən bir neçə avtomobil yolu hərəkət üçün yararsız hala düşüb.


Hökumət vulkanın yerli sakinlər üçün təhlükə törətmədiyi fikrindədir və hələ ki, əhalini təxliyə etmək barədə düşünmür.