Dünya
AZƏRTAC
Peru və Ekvador meşələrində əjdahaya bənzər üç yeni kərtənkələ tapılıb
Bakı, 8 aprel,
AZƏRTACAlimlər Cənubi Amerikanın Peru və Ekvador meşələrində əjdahaya bənzər kərtənkələlərin üç yeni növünü aşkar ediblər. Meşə kərtənkələsi kimi tanınan bu sürünənlər And dağları silsiləsində yaşayırlar.
AZƏRTAC
BBC-ə istinadən xəbər verir ki, digər növlərdən fərqli rəngləri ilə seçilən və pulcuqlarında unikal xüsusiyyətləri olan kərtənkələləri Ekvador, Peru və Amerika tədqiqatçıları tapıblar.
DNT test analizləri onların yeganə statusunu təsdiqləyib.
Bu barədə ətraflı məlumat ZooKeys jurnalında dərc olunub.