Dünya

Pentaqon: "İraq höküməti İslam Dövlətindən ərazilərin dörddə birini geri alıb"

Metbuat.az

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ-ın rəhbərliyi altında ötən ilin avqustunda başlayan hava hücumlarından sonra terrorçu İslam Dövləti (İD) qruplaşması İraqda nəzarət etdiyi ərazilərin 25 faizdən çoxunu itirib.


"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon sözçüsü Polkovnik Steve Warren deyib.


O bildirib ki, ümumi gedişatın dəyişdiyini demək çox tezdir, lakin hava hücumları və İraqın quru qoşunları “şübhəsiz ki terrorçulara müəyyən dərəcəd zərbə vurub”.


Bu bəyanat, İraqın baş naziri Heydər əl-Abadi ilə prezident Barack Obama arasında Vaşinqtonda planlaşdırılan danışıqlardan öncə səslənib.


Xatırladaq ki, İD, keçən ilin iyun ayında İraqın şimal və qərbində böyük əraziləri ələ keçirmişdi.