İdman

Pele ən yaxşı futbolçunun adını açıqladı

Metbuat.az

Braziliyanın əfsanəvi futbolçu Pele hazırda dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.



ANS PRESS-in məlumatına görə, Pele argentinalı futbolçu Lionel Messinin Kriştiano Ronaldodan üstün olduğunu söyləyib.



"Nyu York Kosmos" klubunun mağazalarında birinin açılışına qatılan əfsanə futbolçu argentinalı ulduzdan təriflə bəhs edib. Pele bildirib ki, Kriştiano ilə Messini müzakirə etmək düzgün deyil:



"Kriştiano hücumçudur, Messi isə həm hücumçu, həm də oyun qurucudur. Komandama oyunçu seçəsi olarsam Messini seçərəm"- deyə Pelə qeyd edib.



Qeyd edək ki, Pele Braziliyanın dünya çempionluqları yaşadığı dövrdə ABŞ-da futbolu təşviq etmək məqsədiylə "Nyu York Kosmos" klubunda forma geyib. Pele 1975-1976-cı illərdə ABŞ klubunun heyətində çıxış edib.

Mənbə
ANS PRESS