Digər

Paytaxtın böyük ticarət mərkəzində kütləvi zəhərlənmə

Metbuat.az

Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.



Nərimanov Rayon Polis İdarəsindən

APA

-ya verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.


 


Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.


 


15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.



Milli.Az