Ölkə

Paytaxtda istilik mövsümü bağlandı, amma... (VİDEO).

Metbuat.az

Dünəndən rəsmi olaraq "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti istilik mövsümünü bağladı.



Qurumdan ANS TV-yə verilən məlumata görə bu il 3000 dən çox yaşayış binası istiliklə təmin edilib.



Belə ki, ölkəmizdə istilik sistemi ilə təchizat noyabrın 15-dən aprelin 15-nə qədər nəzərdə tutulub. Aprelin 15-dən yay mövsümünə keçilməsilə bağlı 545 qazanxana və 95 istilik məntəqəsi fəaliyyətini dayandırır. Bundan sonra yalnız isti su rejimində çalışması nəzərdə tutulan qazanxanalar fəaliyyət göstərir. Amma son günlər havanın qeyri-sabit keçməsi ilə əlaqədar qurum bir sıra binalara istiliyin verilməsini davam etdirir.



“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, 'Azəristiliktəchizat' ASC yeni mövsümə hazırlıqlara başlayıb. Payız qış mövsümünün bitməsilə əlaqədar olaraq yeni mövsümə hazırlıq işlərinə başlanılıb. İlk olaraq məhəllə daxili və magistral xətlər hidravlik təzyiqlə yoxlanılır. Axıntı və başqa problemlər meydana çıxan xətlərdə təmir işləri aparılacaq.



Onu da deyək ki, mövsüm ərzində "Azəristiliktəchizat" 3600-a qədər yaşayış binası, bir çox xəstəxana, məktəb və uşaq bağçaları ilə yanaşı 700-ə yaxn sosial və təsərrüfat hesablı təşkilatları istiliklə təchiz edib.






Mənbə
ANS TV