Ölkə
ANS PRESS
Paytaxtda daha bir yol bağlandı
Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.
Yolun bağlanmasına səbəb piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.
"Sürücülərə alternativ olaraq İlqar Məmmədov küçəsindən istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.
MənbəANS PRESS