Dünya

Papa Türkiyəyə cavab verdi

Metbuat.az
Fransisk həqiqətlər qarşısında səssiz qalmamaqdan dəm vurub

Bazar günü keçirdiyi ayində 1915-ci il hadisələri barədə rəsmi Ankaranı hiddətləndirən açıqlamalar verən Roma Papası fikirlərinə açıqlama gətirib.



Anspress

-in məlumatına görə, katoliklərin ruhani lideri bildirib ki, baş vermiş hadisələr öz adıyla tələffüz olunmalıdır.



Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək öz düşüncələrini əsaslandırmağa çalışıb:



“İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12 həvaridən Yuhanna və Petrusa: “Gördükləriniz və eşitdikləriniz qarşısında səssiz qalmayın”, - deyib”.



Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian cəsarətinə gedən yol olduğunu deyib.



Xatırladaq ki, Roma Papası bazar günü ayinində 1915-ci il hadisələrini şərh edərkən qondarma erməni soyqırımının XX əsrin ilk soyqırımı olduğunu iddia etmişdi.



Papanın bu çıxışına ölkə prezidenti, baş nazir, xarici işlər naziri və s. rəsmilər kəskin reaksiya bildiriblər, Türkiyə Vatikandakı səfirini geri çağırıb.



Milli.Az