Dünya

Papa II İohan Pavelin nəşi Müqəddəs Ruh Kilsəsinə gətirilib

Metbuat.az

Praqa, 4 aprel,

AZƏRTAC

Roma Papası II İohan Pavelin vəfatının 10-cu ildönümü günündə Qrades Kralovdakı Müqəddəs Ruh Kilsəsində “Missa Chrismatis” ibadət mərasimi keçirilib. Mərasimdə müqəddəslər cərgəsinə salınmış Papanın nəşi - onun bir çəngə tükü və bir damla qanı saxlanılan relikvari kilsənin yan divarındakı taxçaya qoyulub.


Qrades Kralovdakı Müqəddəs Ruh Kilsəsi mərhum Papa II İohan Pavelin nəşinin saxlandığı dördüncü yerdir. Bundan əvvəl Yaromerjadakı Müqəddəs Nikolay məbədi, Ostrava-Zabrjeqdəki Müqəddəs Ruh Kostyolu və Olomoutsdakı Müqəddəs Vatslav kafedral kilsəsi həmin şərəfə layiq görülüb. Yepiskop Yan Vokal bir damla qanı II İohan Pavel hələ müqəddəslər cərgəsinə salınmamış onun şəxsi katibindən alıb. Buna görə də həmin əmanətlərin üzərində “xeyir-dualı” sözü yazılıb.




Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa