Dünya
ANS PRESS
Papa ermənilərin yanında
Roma papası Fransisk qondarma erməni soyqırımının 100-cü ildönümü ilə əlaqədar keçiriləcək mərasimə qatılacaq.
ANS PRESS-in məlumatına görə, mərasimin Romada keçirilməsi planlaşdırılır. Mərasimdə, eyni zamanda, Ermənistan prezidenti Serj Sarqsyan da iştirak edəcək.
Birinci dünya müharibəsi zamanı osmanlı imperiyası tərəfindən törədildiyi iddia edilən soyqırım Türkiyə hökuməti tərəfindən tanınmır. Rəsmi Ankara tarixin yenidən araşdırılması üçün ermənilərə arxivlərin açılmasını təklif etsə də, ermənilər təklifləri qəbul etmirlər.
MənbəANS PRESS