Pakistan nüvə başlığı daşıya bilən daha bir raketi sınaqdan keçirib
Bakı, 15 aprel,
AZƏRTACPakistanda nüvə başlığı daşıya bilən “Hauri” ballistik raketinin sınağı keçirilib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, bu raket sisteminin atəş uzaqlığı 1,5 min kilometrə qədər qiymətləndirilir. Pakistan Silahlı Qüvvələrinin aprelin 15-də yaydığı bəyanatda sınaqların “Hauri” ballistik raketinin operativ və taktiki hazırlığını yoxlamaq məqsədi ilə aparıldığı qeyd olunur.
Keçən il Pakistan hərbçiləri nüvə başlığı daşımağa qadir olan və 2750 kilometr məsafədəki hədəflərə zərbə vura bilən daha bir “yer-yer” tipli “Şahin” raket sisteminin sınaqlarını həyata keçirmişdilər.
Qeyd edək ki, orta mənzilli “Hauri” raketinin ilk sınağı 1998-ci ildə baş tutub. Elə həmin il də Pakistan ilk nüvə bombasını sınaqlarını uğurla başa vuraraq nüvə silahına malik ölkələrin sırasına qoşulub.